Felgenhauer: Bu müharibə bitməyəcək

13 Sentyabr, 11:51

Heç bir sülhməramlı qüvvə Donbasda hərbi əməliyyatların sona yetməsinə və konfliktin həllinə yardım etməyəcək.

VOİCEPRESS xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında rusiyalı hərbi ekspert Pavel Felgenhauer söyləyib.

“Sülhməramlılar ATƏT-in müşahidəçilərinin funksiyalarını yerinə yetirirlər. Konflikt tərəfləri atəşkəsi pozmaq istəsə, sülhməramlılar Donbasda heç nə edə bilməyəcəklər. Ukrayna uğrunda sülhməramlılar savaşmayacaqlar. Konflikt davam edəcək”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Rusiya Prezidenti Vladimir Putin Donbasa sülhməramlıların yerləşdirilməsi üçün BMT-yə müraciət edəcəklərini açıqlamışdı.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here