İmran müəllimin bir təbəssümlü baxışı belə tərbiyəvi xarakter daşıyır. Səsli olmasa da, bir çox iradlarını bildirməsi də, bu təbəssümlü baxışlarla ifadə olunur. Hər zaman məzlumun yanında yer almağı, kimsəsizə əl tutmağı, ümumiyyətlə tək bir insanın yox, insanlığın, bütün toplumun qayğısını çəkəcək bir ruha malikdir İmran Əhmədov.
Avtomexanik kimi çalışmağa başlasa da, mətin, dayanıqlı, operativlik, dəqiqlik kimi meyarlara sahib olduğu üçün bu gün öz zəhməti ilə dövlət strukturunda sayılıb seçilən şəxslərdəndir.
İmran müəllim hər zaman ingilis biznesmeni Jozef Korrun fikirlərini əsas gətirərək, “Bəxtinizə deyil, ağıl və zəhmətinizə ümid bəsləyin”, deyir. Məhz bu cür idealogiya ilə həyatda uğur üçün mücadilə etməyi müvəffəqiyyətlə bacaran İmran müəllimin xidmətləri Cənab Prezident İlham Əliyevin də, gözündən qaçmayan məqamdır. Belə ki, hələ ötən ilin oktyabrında Azərbaycanda energetika sahəsində səmərəli fəaliyyətinə görə İmran Əhmədov “Tərəqqi” medalı ilə təltif edilmişdi.
Bu yaxınlarda Qobustanın ən hündür zirvəsi olan “Xiləyə” yürüş zamanı dövlət agentliyinin əməkdaşları belə bir deyim işlədirdi: “Gözəl mənzərə hündürdən seyr edilir”.
Amma bu gün İmran müəllimin çalışmağa başlamadığı o illərdən bu günə qədər qət ediyi o həyat yolu bütün dağlardan, bütün yüksəkliklərdən hündür bir zirvədir. Bu gün İmran müəllimin fəth edə bildiyi zirvədən çalışmağa başladığı o ilk günlərə baxanda gözlə görülməyən, amma insanlıq adına dərk edilən o mənzərə ən hündürdən seyr edilən ən gözəl mənzərə olsun gərək.
Xilə yüksəkliyinə dırmanarkən biz büdrədik, bəzən dayanıb nəfəsimizi dərdik, fasilə verdik. Amma İmran müəllim həyatın zirvəsini fəth edərkən heç büdrəmədi, yorulmadı, usanmadı, fasiləsiz çalışdı. Onun üçün də, o gözəl mənzərəni qət edilmiş həyatın yüksəkliyindən izləməyə nail oldu…
Sentyabr 2-də İmran müəllimin 60 yaşı tamam olur. Biz VOİCEPRESS.AZ kollektivi olaraq, İmran Əhmədova uzun ömür, can sağlığı diləyirik. O gözəl təbəssümünün heç bir zaman simasında əskik olmamasını arzu edirik!
Ü. Musazadə







