
Veritas Şirkətinin təsisçisi Vyana Universitetində təhsil almış, amma Vətənə və xalqına xidmət etmək üçün Azərbaycana dönərək bütün dünyada bir brendə çevriləcək ASAN TƏHSİL, ASAN İNFORMASİYA və ASAN İŞ anlayışını Azərbaycanda reallaşdırmaq istəyən çox savadlı gənc xanım Aydan İsayeva çoxsaylı qonaqların iştirakı ilə qırmızı lenti kəsərək, öz ürək sözlərini söyləyib, hər bir gəncin üzünə Veritasın qapılarının açıq olduğunu bildirdi: “Yenicə Azərbaycanda fəaliyyət göstərən və bir çox sahələrdə xidmətlər təklif edən, ədalət, humanizm, operativlik və dəqiqlik prinsiplərinə əsaslanan, elmli gələcəyin yetişməsinə xidmət edən Veritas Təhsil Mərkəzində hər kəsi salamlayıram. “Veritas” Azərbaycan dilinə tərcümədə ədalət deməkdir. Ədalətli və keyfiyyətli təhsil metodikası ilə tədris proqramı təklif edirik. Burada istənilən sahədə hazırlıq kursları, xaricdə təhsil, distans təhsil, məktəbəqədər təhsil və eyni zamanda Tərcümə və Hüquq mərkəzləri fəaliyyət göstərir. Veritasın ən böyük üstünlüklərinən biri zaman itkisi olmadan, rahat və olduqca asan şəkildə xidmətlərdən yararlanma imkanını vətəndaşlara təqdim edə bilməsidir”.
Veritas Groupun İctimaiyyətlə Əlaqələr Şöbəsinin sədri Ülkər Musazadə isə öz növbəsində “Veritas Group”un bir neçə xidmətləri özündə cəmləşdirməyi bacarmasından söz açdı: ““Veritas” özündə bir neçə xidməti cəmləşdirməyi bacaran, vətəndaşların yaşından asılı olmayaraq, onların təhsilli, elmli olmalarını, peşəkarlıq qabiliyyətlərinin artırılmasını realizə etməyi prearaitet mövqe hesab edən, Avropanın ən aparıcı təhsil ocaqlarının tədris metodikası əsasında xidmətlər təklif edir. Şirkətin təklif etdiyi proqram üzrə onlayn xidmətdən yararlanmaq mümkündür. Eyni zamanda VERİTAS GROUP hər kəsə təmənnasız onlayn hüquqi yardım göstərməyi özü üçün prearitet hesab edir. Ulu Öndər Heydər Əliyev deyirdi : “Təhsil millətin gələcəyidir!”, İngilislər isə deyir: “Zaman itkisi ən böyük itkidir!” Veritas bu iki fikri özündə cəmləyib sürətli, asan və eyni zamanda keyfiyyətli təhsil metodikası ilə hər kəsi elmli olmağa dəvət edir. Böyük yunan filosofu Platon deyir ki, elmin verdiyi zövq daimidir! Zövqümüzü VERİTAS-la kökləyək. Zövqümüz daimi olsun!”
Veritas Groupun Hüquq departamentinin hüquqşünası Elnurə xanım isə son zamanlar hüquq pozuntularının vüsət aldığı qlobal mühitdə onlayn hüquq xidmətinin önəmindən danışdı: “Veritasda bir neçə önəmli departamentləri özündə brləşdirməyi bacaran şirkətdir. “Veritas Academy”- tədris deportamenti, “Veri Translate”- tərcümə deportamenti və “Veritas” hüquq xidməti deportamentidir. Bu hər üç deportament özü özlüyündə həm bir- biri ilə sıx bağlı şəkildə çalışacaq, həm də ayrı-ayrılıqda vətəndaşların asan xidmət almasına yardımçı olacaq. Bu gün Veritas heç bir yerdə görmədiyiniz bir iş prosesinə start verir. Hüquqi yardım almaq istəyən hər kəs Veritasın mütəşəkkil hüquqçular komandasının xidmətlərindən onlayn da, yararlana bilərlər. Hər bir prosesdə, VERİTAS sizə daha yaxın olacaq! Daha sürətli, daha asan və ən önəmlisi daha keyfiyyətli xidmətlərimizdən yararlanın”.
Övladlarının yüksək standartlara cavab verən mütəşəkkil tədris mərkəzi olan VERİTAS-da təhsil almalarından dolayı sevinən valideynlər, tələbə adını qazanmaq arzusunda olan abiturientlər də danışdı.
Daha sonra açılış mərasimi hüquqi yardım almaq istəyən şəxslərin problemini dinləmək, valideynlərin və gənclərin sorğu-suallarını cavablandırmaqla davam etdirildi. Az yaşlı uşaqlar üçün əyləncəli anlar yaşandı. Cizgi filmlərinin personajlarının iştirakı ilə əylənən uşaqlar, eyni zamanda parta arxasına oturaraq, rəngarəng kitablarla yeni tədris ilinə adaptə olmağa çalışdılar.
VOİCEPRESS.AZ










