Rusiya və Ermənistan sərhədçiləri Qarabağda təlim keçirdi

10 İyul, 16:08

Rusiya və Ermənistan İranla sərhəddə təlimlər keçiriib.

VOİCEPRESS xəbər verir ki, təlimlərdə İran-Ermənistan sərhəddini keçən şərti sərhəd pozucularının Rusiyanın Mehridəki sərhəd dəstəsinin köməyi ilə yaxalanma ssenariləri işlənib. Təlimlərin bir hissəsinin Dağlıq Qarabağ ərazisinədək keçirildiyi açıqlanıb.

“İran-Ermənistan sərhədini keçən 2 şərqi sərhəd pozucusu Ermənistanla “Dağlıq Qarabağ Respublikası”nın inzibati sərhədini aşaraq dağlıq ərazidə gizlənməyə cəhd edib. Pozuculardan biri dağlıq ərazidə, digəri isə dron vasitəsilə yaxalanıb” – deyə rəsmi açıqlamada deyilir.

Xatırladaq ki, Rusiya 1992-ci il 30 sentyabr razılaşmasına uyğun olaraq Ermənistan-İran və Ermənistan -Türkiyə sərhədlərini qoruyur.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here