“Türkiyə üçün enerji ehtiyatları mübahisə mənbəyi deyil”

10 İyul, 15:09

“Türkiyə üçün enerji ehtiyatları mübahisə mənbəyi və dialoq mövzusu deyil”.
VOİCEPRESS
xəbər verir ki, bunu İstanbulda keçirilən XXII Dünya Neft Konqresində çıxışı zamanı Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

Onun sözlərinə görə, Tükiyə və Azərbaycan tərəfindən reallaşdırılan Transanadolu qaz kəməri (TANAP) layihəsi Türkiyənin uğurlu enerji siyasətinin bariz nümunəsidir.

B.Yıldırım qeyd edib ki, Tükiyə və Azərbaycan həmçinin, Bakı-Tbilisi-Ceyhan kimi vacib layihələri də həyata keçirir.

O deyib: “Türkiyə həmişə enerji layihələrinin diversifikasiyasının tərəfdarı kimi çıxış edir”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here