Yaponiya parlamentində keçirilən səsvermədə İmperator Akihitonun taxtdan imtina etməsinə icazə verən qanun qəbul edilib.
VOİCEPRESS xəbər verir ki, qanuna görə, 83 yaşlı imperator 3 il ərzində taxtdan istefa etməlidir.
VOİCEPRESS xəbər verir ki, qanuna görə, 83 yaşlı imperator 3 il ərzində taxtdan istefa etməlidir.
Ötən ilin avqust ayında yaşı və səhhəti ucbatından taxtdan istefa vermək istədiyini bildirən Akihito sözügedən qanunla 200 il sonra istefa edəcək ilk hökmdar ola bilər.
Akihitonun yerinə 57 yaşlı oğlu, vəliəhd Naruhitonun gəlməsi gözlənilir.
Qeyd edək ki, Yaponiyada sonuncu dəfə 1817-ci ildə imperator Kokaku taxtdan enmişdi.
VOİCEPRESS.AZ







