Yaponiya taxtında 200 il sonra bir ilk

9 İyun, 11:18

Yaponiya parlamentində keçirilən səsvermədə İmperator Akihitonun taxtdan imtina etməsinə icazə verən qanun qəbul edilib.

VOİCEPRESS xəbər verir ki, qanuna görə, 83 yaşlı imperator 3 il ərzində taxtdan istefa etməlidir.

Ötən ilin avqust ayında yaşı və səhhəti ucbatından taxtdan istefa vermək istədiyini bildirən Akihito sözügedən qanunla 200 il sonra istefa edəcək ilk hökmdar ola bilər.

​Akihitonun yerinə 57 yaşlı oğlu, vəliəhd Naruhitonun gəlməsi gözlənilir.

Qeyd edək ki, Yaponiyada sonuncu dəfə 1817-ci ildə imperator Kokaku taxtdan enmişdi.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here