Qırğızıstan prezidenti Almazbek Atambayev ölkədə prezident seçkilərinin keçirilməsi haqqında qanunu imzalayıb.
VOİCEPRESS-in məlıumatına görə, builki prezident seçkiləri oktyabrın 15-də keçiriləcək.
Qeyd edək ki, bu qanun ölkə Parlamenti tərəfindən may ayının sonunda qəbul edilmişdi.
Qırğızıstanın hazırkı prezidenti səlahiyyət müddətini başa vurduğu üçün növbəti seçkilərdə namizədliyini irəli sürə bilməyəcək.
VOİCEPRESS.AZ







