Bir sıra ərəb ölkələrinin Qətərlə diplomatik əlaqələri kəsmək barədə qərarı onların öz işidir, Moskva bu işə qarışmır.
VOİCEPRESS xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.
VOİCEPRESS xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.
“Bu, onların öz işidir, bu, həmin dövlətlərin ikitərəfli münasibətlərindən irəli gəlir. Biz onların qərarlarına qarışmırıq. Lakin dünyada istənilən hadisənin arxasında bizim dayandığımızdan şübhələnənlər var. Sizi inandırıram bu, belə deyil”.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Maldiv, Yəmən və Birləşmiş Ərəb Əmirlikləri Qətəri terror təşkilatlarına yardım göstərməkdə ittiham edərək bu ölkə ilə diplomatik və konsulluq əlaqələrini kəsdiklərini elan ediblər.
VOİCEPRESS.AZ







