“The American Spectator”: “Azərbaycan ABŞ-ın müsəlman dünyasında ən yaxşı dostudur”

10 Aprel, 12:38

ABŞ prezidenti Donald Trampın fəaliyyəti Amerika siyasətində mövcud olan dərin problemləri, aparıcı KİV-lərdəki özünəməxsus isterikanı üzə çıxarıb.

VOİCEPRESS xəbər verir ki, bu, “The American Spectator” jurnalında dərc olunan məqalədə yazılıb.

Məqalədə qeyd olunur ki, aparıcı KİV-lər “Azadlıq radiosu” və “Amerikanın səsi” kimi təbliğat maşınlarının məlumatlarını fakt kimi qəbul edirlər:

“Ən şübhəlisi isə odur ki, D.Trampı Rusiya ilə əlaqələrə görə ən sərt tənqid edənlər Nümayəndələr Palatasının üzvləri Adam Şiff və Ceki Speyerdir. Onlar qərbyönümlü Azərbaycan ərazilərinin Moskvanın müttəfiqi Ermənistan tərəfindən qeyri-qanuni işğalının qatı tərəfdarlarıdır”.

Hər iki deputat Rusiya vətəndaşı və oliqarx olan, eləcə də Kremllə sıx əlaqələri olan Ermənistanın Los-Ancelesdəki baş konsulu ilə rahat şəkildə görüşə bilirlər.

Bununla belə, KİV-lərdə elə bir təəssürat yaradılır ki, Bakıda planlaşdırılan Tramp mehmanxanasının tikilməsi layihəsi reallaşmasa belə, bu layihə özü-özlüyündə ABŞ prezidentinin hansısa təhlükəli bir əlaqəsini nəzərdə tuturdu.

Çox güman ki, müəlliflər oxucuların D.Trampa olan nifrətinin Azərbaycanın İsrailin müttəfiqi və ABŞ-ın müsəlman dünyasında ən yaxşı dostu olması faktına kölgə salacağını ümid edirdi.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here