Ukraynada Milli Bankın sədri İSTEFA VERDİ

10 Aprel, 12:26

O, qanunsuz fəaliyyətə qarşı olduğu üçün ərizə yazıb

Ukrayna Milli Bankının (NBU) sədri Valeriya Qontaryova ölkə prezidenti Pyotr Poroşenkoya istefa ərizəsini təqdim edib.

VOİCEPRESS xəbər verir ki, bu barədə məlumatı NBU və prezident aparatı hələ rəsmən şərh etməyib.

Qeyd edək ki, NBU sədrinin istefa ərizəsi yazmasına səbəb bir həftə əvvəl Ukrayna Milli Bankının (NBU) ölkədən pul vəsaitinin qanunsuz çıxarılması sxeminin təşkilində şübhəli bilinməsi göstərilir. Bunu Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) rəhbəri Artyom Sıtnik tərəfindən “TCH” kanalına müsahibəsində bildirib.

NABU hazırda Mərkəzi Bankın kommersiya banklarına pul vəsaitlərinin ofşor hesablara köçürülməsinə yardım etmək imkanlarını araşdırır. Müxtəlif hesablamalara görə, 1991-ci ildən etibarən Ukraynadan 148 mlrd. ABŞ dolları həcmində vəsaitin çıxarıldığı bildirilir.

A.Sıtnikin açıqlamalarına əsasən, NBU-nun təkrar maliyyələşmə ilə kommersiya banklarına verdiyi kreditlər ofşor hesablara və ya xarici banklara ötürülüb. Əməliyyat çərçivəsində NBU binasında axtarışlar aparılıb və lazımi sənədlər götürülüb. NABU rəhbəri həmçinin qeyd edib ki, “fikrimizcə, Mərkəzi Bankın iştirakı olmadan böyük həcmdə pul vəsaitinin xaricə köçürülməsi mümkün deyil”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here