VOİCEPRESS-in məlumatına görə, bu barədə “Çorrord işxanutyun” qəzeti yazıb.
Qəzetin yazdığına görə, Ermənistan ali məktəbləri fəal və təhsilli gənclər yox, partiya naminə küçələrə çıxmağa hazır olan “sakulik”lər hazırlayır. “Sakulik” İrəvan Dövlət İqtisad Universitetinin gənc prorektoru Sevak Xaçatryanın ləqəbidir. O, tələbə ikən jurnalistlərə qarşı o qədər vəhşi davranırmış ki, ali məktəbi bitirən kimi onu tələbələr ilə iş üzrə prorektor təyin ediblər.
Hakim Respublika Partiyası bu gənc funksionerin fəaliyyətindən o qədər razıdır ki, xidmət göstərməyi yaxşı bacaran gənclərin hamısına həvəsləndirici “sakuliklər” adını verib. Sakuliklər adətən varlı ailələrin təmsilçiləri olurlar. Hakim partiya tələbələrin əsasən sakuliklərdən olması üçün əlindən gələni edir – ali məktəblərdə ildən ilə tələbə və aspirant yerlərinə dövlət sifarişləri azaldılır. Yəni universtitetlərdə əsasən hakim partiyanın hesabına nisbətən yaxşı yaşayan ailələrin uşaqları oxuyur. Sarkisyan düşünür ki, məhz bu gənclər hakim partiyanın parlament seçkilərini udmasına böyük dəstək verəcəklər.
Mətbuat bu seçkiləri həm də böyük pullar ilə kiçik pullar arasında müharibə kimi təqdim edir. Məsələyə diqqət yetirən “168 jam” qəzeti yazıb: “Seçki qabağı çarxlar, plakatlar və başqa atributlar öz ya dəbdəbəsi, ya da ciddiliyi ilə seçilir”.
“Qraparak” qəzeti isə parlamentə namizədlərin seçki dairələrinə vəd etdiyi pullar barədə yazıb. Məsələn, hazırda deputat olan Samvel Aleksanyan birinci yeri tuktacaq qərərgah rəhbərinə 50 min dollar, ikinci yeri tutana 40 min dollar və üçüncü yeri tutana 30 min dollar verməyi vəd edib. Amma “Gallup International”ın İrəvan ofisinin apardığı sosial sorğuya görə, hakim Respublika Partiyası bloku apreldə keçiriləcək parlament seçkilərini uduza bilər. Sorğuya görə, seçicilərin yalnız 22․8%-i aprel ayında keçiriləcək parlament seçkilərində səslərini hakim Respublika Partiyasının blokuna verəcək. Seçicilərin 26,4%-i isə səslərini oliqarx Qaqik Sarukyanın rəhbərlik etdiyi “Sarukyan” seçki blokuna vermək niyyətindədir.
Ermənistanın Kotayk rayonunda, kənddə böyümüş Qaqik Sarukyan yerli ermənilərin ümid yeridir və onlar Ermənistanı yoxsulluq və səfalətə sürükləmiş Qarabağ klanından məhz bu keçmiş idmançının vasitəsi ilə xilas olmağa çalışırlar.
VOİCEPRESS.AZ








