ABŞ Cənubi Koreyada raket əleyhinə “THAAD” sistemlərinin quraşdırılmasına başlayır.
VOİCEPRESS apa-ya istinadən xəbər verir ki, “THAAD” sistemlərinin hissələri artıq Osan hərbi bazasına çatdırılıb.
Raket əleyhinə sistemlərin quraşdırılması üzrə işlər iki ayadək davam edəcək.
Raket əleyhinə “THAAD” sistemlərinin Cənubi Koreyada yerləşdirilməsinə iyun-iyul aylarında başlanmalı idi. Lakin Şimali Koreyanın həyata keçirdiyi ballistik raket sınaqları ABŞ və Cənubi Koreyanı prosesi sürətləndirməyə vadar edib.
VOİCEPRESS.AZ







