Birləşmiş Ştatlar prezidenti Donald Tramp miqrantlar haqqında yeni fərman imzalayıb. Bu, fəaliyyəti məhkəmə tərəfindən dayandırılan köhnə fərmanı əvəz etməlidir.
VOİCEPRESS “report”a istinadən bildirir ki, bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson məlumat verib.
Yeni sənədə əsasən, altı müsəlman ölkəsi – İran, Yəmən, Liviya, Suriya, Somali və Sudan vətəndaşlarına 90 gün ərzində ABŞ-a girmək qadağan olunacaq. İraq bu dəfə siyahıya düşməyib.
Sənəd martın 16-dan qüvvəyə minəcək.
VOİCEPRESS.AZ