Azərbaycan futbolçuları qələbə qazandı

6 Mart, 09:18

Millimiz eyni rəqib üzərində növbəti qələbə sevinci yaşayıb

Dubay şəhərində təlim-məşq toplanışında olan qadınlardan ibarət Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirlikləri yığması ilə növbəti yoldaşlıq oyunu keçirib. VOİCEPRESS Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına istinadən xəbər verir ki, qarşılaşma 1:0 hesabı ilə millimizin xeyrinə başa çatıb. Qolu Sevinc Cəfərzadə vurub. Bu komandalar arasında martın 3-də keçirilmiş yoldaşlıq oyunu da millimizin qələbəsi ilə yekunlaşmışdı – 3:2.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here