“Caviar” şirkəti , Mobil Dünya Konqresi ( MWC) 2017-də təqdim olunmuş yeni Nokia 3310-nun dizaynını tamamilə dəyişib. VOİCEPRESS “Kanal 24″ə istinadən xəbər verir ki, Nokia 3310 Supermo Putin adlı model, titan korpusdan hazırlanıb və 999 əyarlıq qızıl örtüklə örtülüb. Telefonun düymələri keramikadan hazırlanıb. Mərkəzi düyməyə isə Rusiya Federasiyasının gerbi həkk olunub. Arxa hissədə prezident Vladimir Putinin fotosu yerləşdirilmişdir. Bu modelin qiyməti 1702 dollar təşkil edir.
İkinci model, Nokia 3310 Titano adını alıb. Sözügedən modeldə dizaynerlər, 17 il bundan öncə işıq üzü görmüş əfsanəvi Nokia 3310-nun xüsusiyyətlərini yaratmağa çalışıblar. Buna görə də telefonun korpusu, BT 23 markalı güllə keçirməyən titandan hazırlanmışdır. Burada da bütün düymələr keramikadan hazırlanıb. Bu modelin qiyməti isə 1530 dollar təşkil edir.

VOİCEPRESS.AZ