45 ildən sonra bir ilk – Aya uçacağıq

28 Fevral, 10:22

Kommersiya səfəri gələn il başlayacaq

Bir ildən sonra Aya səyahət etmək mümkün olacaq. VOİCEPRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Amerikanın “SpaceX” şirkəti 2018-ci ilin sonuna Ay ətrafına kommersiya səfərləri təşkil etmək niyyətindədir. Bu barədə şirkət ötən gün məlumat yayıb.

Uçuş yenilənmiş “Dragon” hava gəmisi ilə həyata keçiriləcək. Gəmi ilin sonuna hazır olacaq. “Dragon” heyətdən başqa iki turist götürmək imkanına malik olacaq.

Kosmik kapsulun ilk uçuşu bu il olacaq. Amma ilk dəfə o insansız uçacaq. Ekipajla səfər isə gələn ilin 2-ci rübündə olacaq. İlin sonuna isə turist səfəri reallaşacaq.

“Dragon”nun daşıyıcısı rolunda “Falcon 9” raketinin ağır versiyası çıxış edəcək. Adıçəkilən raketin ilk sınağı bu yay baş tutmalıdır.

Bu, 45 ildən sonra Aya gerçəkləşdiriləcək ilk insanlı səfər olacaq. Hələlik kosmik gəmidə uçacaq insanların adı açıqlanmasa da, onların buna görə kifayət qədər ciddi bir məbləğ ödəyəcəyi bildirilir.

Ay missiyası bir həftəyə yaxın davam edəcək. Sonuncu dəfə 1972-ci ildə “Apollo 17” Aya gedib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here