VOİCEPRESS-in verdiyi məlumata görə, Tovuz Rayon Yanıqlı kənd sakini Elvin Süleyman oğlu Əhmədov ötən gün cəbhədə baş verən döyüşlər zaman qəhrəmancasına həlak olub.
Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində düşmənlə döyüş toqquşmasında yaralanan əsgər Əhmədov Elvin Süleyman oğlu hərbi tibb müəssisəsinə çatdırılsa da, bütün təxirəsalınmaz tədbirlərin görülməsinə və həkimlərin səyinə baxmayaraq aldığı yara səbəbindən şəhid olub.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən VOİCEPRESS-ə məlumat verilib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!
Qeyd edək ki, Elvin Süleyman oğlu Əhmədovun cənazəsini bu gün ailəsinə təhvil verdilər. Şəhidimiz bu gün dəfn olunacaq.
Allah şəhidimizə rəhmət eləsin!
VOİCEPRESS.AZ