Qrant Müsabiqəsi çərçivəsində “DiplomaSkills: Gənc diplomatların bilik və bacarıqlarının artırılması proqramı” adlı layihə keçirilib.
“Dayanıqlı İnkişaf Uğrunda” Gənclər İB tərəfindən keçirilən layihə 100 nəfər gənci əhatə edib. Layihə çərçivəsində “Diplomatik tədbirlərin təşkilində protokol qaydaları”, “Beynəlxalq müzakirələrdə düzgün davranış prinsipləri”, “Diplomatiyanın tarixçəsi və müasir beynəlxalq münasibətlər”, “Qlobal çağırışlar və onların diplomatik həlləri”, “Effektiv ünsiyyət və razılaşma texnikaları”, “Liderlik keyfiyyətlərinin inkişafı və tətbiqi”, “Milli maraqların qorunmasında liderliyin rolu” mövzularında təlimlər keçirilib.
Təlimlər interaktiv formatda təşkil olunub, praktiki məşğələlər və simulyasiya oyunları vasitəsilə iştirakçıların əldə etdikləri bilik və bacarıqlar möhkəmləndirilib. Tədbir zamanı gənclər real diplomatik məsələlər üzərində işləyərək qrup şəklində həll yolları hazırlayıb və təqdim ediblər.