“Zəngilandan keçən logistik layihələrin regionun inkişafında böyük əhəmiyyəti olacaq”

20 Oktyabr, 12:22

Zəngilan rayonunun işğaldan azad olunmasından dörd il ötür. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldanazad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 oktyabr Zəngilan şəhəri günü kimi müəyyən olub. Azərbaycan xalqı Zəngilan rayonunun düşmən işğalından azad olunmasını böyük bir sevinc fərəh hissi ilə qeyd edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi iləşanlı Azərbaycan Ordusu 20 oktyabr 2020-ci il tarixindəZəngilan rayonunu işğaldan azad etməklə Vətənmüharibəsinin gedişatında növbəti qələbəni Azərbaycan xalqına ərmağan etdi.

Bunu  saytımıza Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat açıqlamasında bildirib ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonununbinzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbətimüraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan SilahlıQüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi 49 kəndi işğaldan azad edildi. Nəticədə Azərbaycan-İran sərhədi Zəngilanın işğaldan azadolunması ilə tam bərpa edildi. İşğal altında qalmış 132 kilometr sərhəd bərpa edilibdir. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizəişləri görülməyə başlamışdır.

Tamam Cəfərova qeyd edib ki, böyük qürur fərəh hissi ilə deyə bilərik ki, Böyük Qayıdışın ilk addımlarından biri məhz Zəngilan rayonunda atılmışdır. Beləki, işğal dövründə ermənilərin dağıtdığı yurd yerlərimizin bərpası prosesi sürətlə davam edir. Bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə Zəngilanda icra edildi, Ağalı kəndində. 200 evdənnibarət gözəl kənd salınıb. Kəndin genişləndirilməsi əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik orta biznesə dəstək xidmətləri mövcuddur. Cari ilin may ayında Ağalıkəndinin ilk sakinləri doğma torpaqlarındaməskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Qarabağın yaşıl enerjizonasına çevrilməsi prosesində Zəngilanınxüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyükpotensialı var. Artıq ilkin tədqiqatlar aparılıb azadedilmiş torpaqlarda enerji generasiya gücləri, ötürücü xətlərin yenidən qurulması sayəsində bitkiçilik, meyvəçilik, heyvandarlıq daha sürətlə inkişaf edəcək.

Eyni zamanda millət vəkili bildirib ki, Zəngilandan keçənlogistik layihələrin regionun inkişafında böyük əhəmiyyəti olacaq. Horadiz-Zəngilan-Ağbənd dəmiryolunun inşasının böyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiştorpaqlara həm vətəndaşların gəlməsi, həm yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Zəngilanda inşa olunacaq hava limanı bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Buradan dəmir avtomobil yolları da keçəcək Naxçıvana yol açılacaq. Təməli qoyulan Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti iləseçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir 6 zolaqdan ibarət olacaq.

İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra Azərbaycanın nəqliyyat-kommunikasiya, logistikaimkanlarını genişləndirməsi üçün çox əlverişli imkanyaranıb. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin bərpa olunması yeniiqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır.

Ölkə Başçısının Zəngilan rayonuna səfərlərini xüsusilə diqqətə çatdıran millət vəkili Tamam Cəfərova qeyd edibki, işğaldan azad olunan Zəngilan rayonuna cənabPrezident çoxsaylı səfər etmişdir. Böyük fəxarət hissi ilə deyə bilərik ki, bu gün Qarabağ Şərqi Zəngəzur iqtisadi zonalarına daxil olan bütün rayonlarda olduğukimi Zəngila raynunda da bərpa quruculuq işlərisürətlə planlı şəkildə davam etdirilir. CənabPrezidentin bütün səfərlərində mühüm infrastruktur obyektlərinin təməqoyma mərasimləri olmuşdur. Mühüm infrastruktur obyektləri içərisində Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlinin qoyulmasını, eləcə , Zəngilan Beynəlxalq Hava Limanının inşasını xüsusilə qeyd etməliyik. Bərpa-quruculuq işləri çərçivəsində əldə olunan nəticələrişğaldan azad olunan ərazilərdə həyata keçirilən işlərin masştabını əyani şəkildə göstərir. Millət vəkili Tamam Cəfərova belə deyib.