Azərbaycan-Küveyt diplomatik münasibətlərinin 30 illiyinə həsr olunan layihəyə start verilib

29 Fevral, 16:24

Bu il Azərbaycanla Küveyt arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunan layihə həyata keçiriləcək. “Azərbaycan – Küveyt dostluq körpüsü” adlı layihə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi ilə “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyəti tərəfindən könüllü olaraq birgə icra ediləcək. Layihənin məqsədi Küveyti azərbaycanlılara, həmçinin Azərbaycanı küveytlilərə yaxından tanıtmaq, vətəndaş cəmiyyəti və diaspor olaraq iki ölkə arasında əlaqələrin güclənməsinə töhfə verməkdir. Bir il ərzində layihə çərçivəsində Azərbaycan və Küveytdə müxtəlif səpkili tədbirlər təşkil ediləcək.