Ata İttifaqının prezidentliyə namizədi Sinan Oğan Yalovadakı Azərbaycan Qardaşlıq Dərnəyini ziyarət edərək önəmli açıqlamalar verib.
Özünü ikinci tura qalacaq namizəd kimi gördüyünü vurğulayan Oğan, əks təqdirdə İttifaqının alternativlərindən də bəhs etdi.
“İkinci tura vəsiqə qazanacağımızı düşünürük. Bu, birinci raundda bitəcək yarış deyil. Biz özümüzü ikinci tura vəsiqə qazanmağa namizəd kimi görürük, lakin digər ittifaqlar ikinci tura keçsə, biz də yarışa girəcəyik. Təbii ki, Ata İttifaqının tərkib hissələri ilə məsləhətləşəcəyik. Kim terrordan uzaqlaşarsa, terror təşkilatlarının siyasi uzantılarından uzaqlaşarsa, Milli mövqe tutarsa, ikinci turda onunla masa arxasına əyləşə bilərik”. kimi bəyanatlar verdi.
“Əgər digər ittifaqlar ikinci tura keçsələr, o zaman biz ikinci turda Ata İttifaqının komponentləri ilə məsləhətləşərək, terrordan uzaqlaşan, terror təşkilatlarının siyasi uzantılarını aradan qaldıran və milli mövqe tutan hər kəslə danışıqlar masasına otura bilərik” dedi:
Seçki kampaniyası çərçivəsində Yalovaya səfər edən Oğan, mətbuat nümayəndələri ilə görüşüb, jurnalistlərin suallarını cavablandırıb.
Azərbaycan və Türkiyə bayraqları fonunda jurnalistlər qarşısında açıqlama verən Oğan Azərbaycan və Türkiyə münasibətləri ilə bağlı fikirlərini bildirib, iki dövlətin müttəfiqliyinin əhəmiyyətini vurğulayıb:
“Biz Azərbaycanı hər zaman azad və müstəqil görmək istəyirik. Azərbaycan dost və qardaş ölkədir. Biz Azərbaycanı Türkiyə ilə güclü, müttəfiq, öz bayrağını hər zaman öz ərazisində dalğalandıran bir ölkə kimi görmək istəyirik. Türkiyə bunun üçün əlindən gələni edir”.
Daha sonra Türkiyənin son 20 ildə keçdiyi yolu dəyərləndirən Oğan deyib ki, siyasət təkcə pisi görüb pisi söyləmək sənəti deyil: “Siyasət doğrunu “doğru”, əyrini “əyri” demək sənətidir. Eyni zamanda, Türkiyənin İkinci Qarabağ Müharibəsində göstərdiyi dəstəyi hər zaman təqdir və qürur hissi ilə ifadə etmişik.”Azərbaycanda şəhid olmuş 3000-dən çox qardaşımızla, Qarabağ zəfərində əməyi olan hər kəslə birlikdə səylərini, siyasi güclərini və texnoloji qüdrətlərinin fərqindəyik. Ona görə də, Türkiyə Cümhuriyyətinin yuxarıdan aşağıya qədər hər kəsə dəstəyinə görə təşəkkür edirik. Ancaq bu həqiqətləri söyləyərkən, çatışmazlıqları da söyləmək məcburiyyətindəyik” dedi.
Daha sonra “3 siyasətçi artıq keçmişdə qaldı” deyən Oğan digər prezidentliyə namizədlərlə bağlı açıqlama verib:
“Biz deyirik ki, indiki hakimiyyət 20 ildə yorulub, bir az dincəlməyə ehtiyacı var. Bu iqtidar 20 ildir idarə etmək vəzifəsini yerinə yetirdiyi halda, bu müxalifət 20 ildir müxalifətçilik vəzifəsini yerinə yetirir, amma bu iqtidar 20 ildir iqtidarda olduğuna görə, demək ki, müxalifət tam olaraq öz vəzifəsini icra edə bilməyib. Hörmətli Ərdoğana qarşı cənab Kılıçdaroğlu girdiyi bütün seçkiləri uduzdu. Cənab Muharrem İnce də son prezident seçkilərində uduzdu. Ona görə də Cümhuriyyətimizin son 20 ildəki uğursuzluqlarında bu iki namizədin rolu danılmazdır. Bu üç siyasətçi artıq keçmişdə qalmalıdır”.
Sonda seçki təhlükəsizliyi ilə bağlı prezidentliyə namizədlərlə görüşlər planladığını və artıq CHP sədri Kamal Kılıçdaroğlu ilə görüşdüyünü xatırladan Oğan, sabah da Məmləkət Partiyasının sədri Məhərrəm İncə ilə də eyni əhatəli görüşün planlaşdırıldığını bildirib. Razılıq verdiyi təqdirdə, Prezident Rəcəb Tayyib Ərdoğanla da görüşmək istədiyini açıqladı.
Səfər zamanı maraqlı anlar yaşanıb. Azərbaycan Yazıçılar Birliyinin üzvü, siyasi yazar kimliyi ilə tanınan jurnalist Ülkər Fərmanqızı ilə prezidentliyə namizəd Dr. Sinan Oğan arasında Yalovada keçirilən rusdilli dialoq böyük marağa səbəb olub. Ülkər Fermanqızının rus dilində yazdığı “Pulun qanlı dodaqları” kitabı Sinan Oğana hədiyyə edilib.
Dərnək ziyarəti və açıqlamaların ardından prezidentliyə namizəd Dr. Sinan Oğan Yalova Mərkəzində yerləşən dükkan və marketləri ziyarət edərək vətəndaşlarla görüşdü.
Xəbər: Ülkər Fərmanqızı