Türkiyənin hərbi ixrac hədəfi açıqlandı – 6 milyard dollar

8 Yanvar, 13:26

Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir ölkəsinin 2023-cü ildə hərbi sənaye sahəsindəki hədəfləri barədə danışıb.

“TRT Haber”ə istinadən xəbər verir ki, əsas hədəflərdən biri ixrac potensialını artırmaqdır.

“Embarqolarla maraqlanmırıq və xaricdən asılılığı qəbul etmirik. Yeni layihələrə başlayacağıq. 2023-cü ildə hədəfimiz 6 milyard ABŞ dolları həcmində ixracatı həyata keçirməkdir”, – deyə Demir söyləyib.

“Müdafiə sənayesi “Türkiyə Yüzilliyi”nin lider sektorlarından biri olacaq”, – deyə o əlavə edib.