Qazaxıstan televiziyasında Azərbaycan dilində xəbərlər verilir

15 Yanvar, 13:16

Qazaxıstanın Türküstan televiziyasında “Turan Today” xəbərlər proqramının Azərbaycan dilində xidməti fəaliyyətə başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən  bildirilən xəbərə görə, proqramın aparıcısı Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin Tibb fakültəsində təhsil alan III kurs tələbəsi Elvin Həsənovdur. O, 2001-ci ildə Azərbaycanda doğulub. Soydaşımız Türküstan TV-də türk dilində də proqram aparır.

Qeyd edək ki, “Turan Today” xəbərlər proqramında türk dövlətlərində, o cümlədən Azərbaycanda baş verən hadisələr barədə xəbərlər təqdim edilir.