İranda Azərbaycana qarşı növbəti TƏXRİBAT

27 Yanvar, 21:53

İranda yaşayan ermənilər Azərbaycan əleyhinə aksiyaya başlayıblar.

Aksiya paytaxt Tehranda keçirilir.

Azərbaycan səfirliyinə xain hücumun təşkil olunduğu ərəfədə ermənilərin aksiya keçirməsi təxribat məqsədi daşıyır.

Belə ki, İranda yaşayan bir qrup erməni sakin Laçın dəhlizinin açılması ilə bağlı absurd tələblər irəli sürüb.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.