Fransa Senatının 6 üzvü 15 Noyabr tarixində Azərbaycana qarşı qətnamə layihə qəbul etməyə hazırlaşır.
Bu barədə VOİCEPRESS-in Fransadakı müxbiri Prof. Dr. Osman Vançin/Paris xəbər verir.
Layihədə Azərbaycanın tarixi Vətəni olan Qarabağla bağlı yer alan ittihamlar sadəcə Azərbaycana qarşı deyil, ümumilikdə Cənubi Qafqaz regionundakı vəziyyətə tamamilə qərəzli və qeyri obyektivdir.
Fransa senatının Qarabağ məsələsində Azərbaycanı təcavüzkar olaraq qəbul etmələri ikili standartların ən kobud şəklidir. Bu cür qərəzli münasibət, bir millətə üstünlük vermək, digərinə ayrı-seçkiliklə yanaşmaq və kor-koranə pisləmək – bu, milli dözümsüzlüyün, irqçiliyin ictimai təzahürüdür!
30 ildir Minsk Qrupunda həmsdərlik edən bir dövlətin senatında belə qərəzli qətnamələrin qəbul edilməsi, birmənalı olaraq Fransanın həmsədrlik illərində də tutduğu pozisiyanı ortaya qoyur.
Qətnamə layihəsinin 20-ci və 21-ci bəndlərinin, ümumiyyətlə, yolverilməz və qəbuledilməz olduğuna diqqət cəlb etmək gərəkir.
Azərbaycanın ünvanına 20-ci bəndə “köçkünlərin (ermənilərin) qayıtmaq hüququnu”, “erməni mədəni və dini irsinin qorunub saxlanmasını təmin etməlidir” tələbləri, 21-ci bənddə isə “kütləvi cinayətlər” törətmə ittihamı yer alıb. Üstəlik, Beynəlxalq Cinayət Məhkəməsində bu ittihamın araşdırılmasına çağırış edilib.
Xatırladaq ki, 3 oktyabr 2022-ci il tarixində Fransa Senata ölkəmizə qarşı qətnamə layihəsi təqdim edilib. Senatın 6 üzvünün hazırladığı və baxılması 15 noyabr tarixinə təyin edilən qətnamə layihəsində Fransa hakimiyyətinin və digər Avropa İttifaqı ölkələrinin “Azərbaycandan idxal edilən qaz və neftə embarqo tətbiq etmək” çağırışı yer alıb, Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsi ilə təhdid edilib.









