Britaniyada miqrantlar “üsyana” qalxdılar

6 Noyabr, 14:06

Britaniyanın Hitrou yaxınlığındakı Harmondsvort kəndində yerləşən müvəqqəti saxlama məntəqəsindəki miqrantlar iğtişaş törədiblər.

İğtişaşlara səbəb bir gün əvvəl, noyabrın 4-də mərkəzdə yaranan problemlər olub. Belə ki, düşərgədə elektrik enerjisi və su təchizatı kəsilib. Ancaq problemi gün ərzində aradan qaldırmaq mümkün olmayıb.

Nəticədə şənbə günü çoxu bıçaqla silahlanmış 100-ə yaxın miqrant mərkəzin həyətinə soxulub. Yerli əməkdaşlar hadisə yerinə polis çağırıb.

İnsident nəticəsində xəsarət alan mərkəzin əməkdaşları və ya miqrantların özləri barədə məlumat verilməyib.

Baş verənlərin digər təfərrüatları da açıqlanmayıb.