ABŞ İstanbulda törədilən terroru PİSLƏDİ

14 Noyabr, 10:37

ABŞ İstanbulda baş verən zorakılıq aktını qətiyyətlə pisləyir.

Bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer “Twitter” hesabında yazıb.

O, partlayış zamanı yaralananlara şəfa diləyib, yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verib: “Biz terrorla mübarizədə NATO müttəfiqimiz Türkiyə ilə çiyin-çiyinəyik”.

Qeyd edək ki, İstanbulun İstiqlal küçəsində baş verən partlayış nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.