Tanınmış publisist vəfat etdi

10 İyul, 12:43

Əməkdar mədəniyyət işçisi, tanınmış yazıçı, publisist Ənvər Çingizoğlu (Fərəcov) dünyasını dəyişib.

Voicepress.az Bakupost.az-a istinadən xəbər verir ki,  o, 60 yaşında vəfat edib.

Qeyd edək ki, Azərbaycan Jurnalistlər Birliyinin üzvü olmuş Ə. Çingizoğlu 1962-ci ildə Cəbrayıl rayonunda anadan olub.

Mərhum həmçinin regional etnoqrafiya və folklor nümunələrinin toplanılıb araşdırılması və nəşri istiqamətində 30 ilə yaxın zəhmət sərf edib.