“Türkiyə-Azərbaycan tandemi tələsir, müharibədə əldə etdikləri faktiki üstünlüyü de-yureyə çevirməyə çalışırlar”.
Voicepress.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan blokundan olan deputat, Daşnaksütyun AXC-nin ali orqanının nümayəndəsi İşxan Saqatelyan Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Tbilisidəki görüşü haqqında fikir bildirərkən deyib.
“Aydındır ki, Əliyev tələsir, ümumiyyətlə, Türkiyə-Azərbaycan tandemi, müharibədə əldə etdikləri de-fakto üstünlüyü de-yureyə çevirməyə, qələbələrini sənədləşdirməyə çalışırlar, çünki başa düşürlər ki, uduzan zaman Ermənistandakı tərəfdaşları RA ilə eyni dildə danışmayacaqlar. Ona görə də bütün bu addımlar və hərəkətlər artıq bu çərçivədədir”, – Saqatelyan bildirib.
\voicepress.az\








