“Ermənistan-Azərbaycan danışıqlarının effektivliyini qiymətləndirmək üçün bu danışıqları aparan hökumətin məqsədləri haqqında təsəvvürə malik olmaq lazımdır”.
Voicepress.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin keçmiş müavini Şavarş Köçəryan NEWS.am-a müsahibəsində deyib.
Müharibədən sonra Ermənistanın manevr imkanlarının daralması, bundan artıq heç nə edilə bilməyəcəyi fikrini şərh edən Köçəryan qeyd edib: “Əlbəttə, müharibədən sonrakı razılaşmalar, xüsusən də 9 noyabr bəyanatı bizim imkanlarımızı məhdudlaşdırdı. Ancaq səmərəlilikdən danışırıqsa, beynəlxalq münasibətlərdə müttəfiqlərin olub-olmamasından asılıdır. Ətrafda düşmənlər varsa, təsirli ola biləcək kiçik bir ölkə təsəvvür etmək çətindir. Və biz 2018-ci ildə müttəfiqlərimizi itirdik.
Heç bir şey mümkün deyil, amma demək olar ki, geri dönülməz proseslər var. İndi müxalifət Şuşanı qaytarmaq üçün hakimiyyətə gəlsə, 9 noyabr bəyanatını ləğv etməyə çağıracaq.
Bu gün problem ondan ibarətdir ki, daha çox itirmək təhlükəsi var və bu günkü hakimiyyət bu prosesi dayandırmaq, resurslarımızı bərpa etmək, müttəfiqlik münasibətlərimizi bərpa etməyə çalışır”.
Delimitasiya və demarkasiya ilə bağlı danışıqlara toxunan Şavarş Köçəryan bildirib ki, bu gün baş verənlər bu proseslə bağlı bütün kriteriyalara cavab vermir.
“Ümumi model ondan ibarətdir ki, bu, heç bir şəkildə delimitasiya və demarkasiya meyarlarına cavab vermir, üstəlik, beynəlxalq səviyyədə tanınmış proses Ermənistanın maraqlarını və ərazilərini özgəninkiləşdirmək üçün pərdə kimi istifadə olunur”.
Şavarş Köçəryanın fikrincə, regional kommunikasiyaların blokdan çıxarılması da bu məntiqlə həyata keçirilir. “Aydındır ki, bu necə proqramdır. Başa düşmək lazımdır ki, Qarabağ və Ermənistan üçün dağıdıcı proses gedir, hansı ki, adı müxtəlifdir: nəqliyyat dəhlizləri, delimitasiya, demarkasiya, sülh müqaviləsi, Türkiyə ilə münasibətlər… Lakin mahiyyətdə yalnız bir şey var: daim təslim olmaq. Məqsədi aydındır. Erməniləri Qarabağdan çıxarmaq. Amma radikal addım atmır, çünki orada ruslar var”.
Onun sözlərinə görə, Azərbaycan kommunikasiyaların açılmasında bu qədər maraqlıdırsa, qoy Ermənistana Azərbaycandan Rusiyaya gedən yolun olmasına icazə versin. “Necə olur ki, bütün yollar Azərbaycanın xeyrinə açıqdır? Aydındır ki, hər şey birtərəfli qaydada bizim güzəştlərimiz hesabına həyata keçirilir”.
\voicepress.az\








