Ermənistan prezidenti: “Biz siyasəti populizmdən ayırmağı bacarmırıq”

23 İyun, 10:58

“Biz realist olmalıyıq. Əgər bəyan edərsəniz manevr haqqınızı itirmiş olarsınız. Biz siyasət və diplomatiyanı populizm və natiqlikdən ayırmağı bacarmalıyıq. Lakin biz bunu bacarmırıq və hər şeyi qarışdırırıq”.

 Voicepress.az xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqan Xaçaturyan Public TV Company-nin efirində müxalifətin Artsaxın heç vaxt Azərbaycanın tərkibində ola bilməyəcəyi tezisi ilə razı olub-olmaması barəsindəki sualına cavab verərkən deyib.

O, vurğulayıb ki, Ermənistanda cavabdeh olan, danışıqlar prosesində iştirak edən insanları bu imkandan məhrum etməyə ehtiyac yoxdur: “Baş nazir bunu açıq şəkildə söyləməyə cəsarət etdi. Bəs bunun nəyi pisdir? Hər şeyi ictimaiyyətdə müzakirə etməyə gərək yoxdur.

İndi şəxsi söhbətlərdə nəsə demişəm, bu adamla müqaviləm olmadığı üçün bu haqda danışmağa haqqım yoxdur. Sözümün əhəmiyyətini, onu yüksək səslə söyləməyin risklərini başa düşürəm. Fərq böyükdür. Bizim müxalifət də yaxşı bilir ki, müxalifətdə belə vəziyyətə düşənlər var və bu mənada onların davranışı məndə sual işarələri yaradır. Əgər biz hamımız Qarabağ məsələsini ciddi qəbul etsək və mən bunu hamımızın ciddi qəbul etdiyini etiraf edirəm, o zaman bu narahatlıqla bağlı hər birimiz öz yerimizə görməli olduğumuz işləri görməklə ifadə etməliyik”.

Ermənistan prezidenti eyni zamanda Ermənistanda istibdadın hökm sürməsi, siyasi məhbusların olması fikri ilə də razılaşmayıb: “Mən “siyasi məhbus”un nə demək olduğunu yaxşı bilirəm, kimin siyasi məhbus olduğunu bilirəm. İndi bilmirəm söhbət nədən gedir. Siyasi məhbus kimdir? Hansı zülmdən danışırıq? Onlar zorbalıq şəraitində küçələrə çıxmırlar”, deyə Ermənistan prezidenti bildirib.

\voicepress.az\