Daim şikayət edən məmnuniyyətsiz insanlar necə davranmalıdır?

11 İyun, 10:55

Əgər havada uçan quşdan, yerdəki soxulcana qədər, önündən keçən maşının sürətindən, yanından ötən qadının ətirinin qoxusuna qədər hər şeydən şikayətçisinizsə, lakin özünüzü heç cür dayandıra bilmirsinizsə o zaman irəli oturun.

Voicepress.az Türkiyənin tanınmış həyat qoçu Aydın Sərdar Kuru hər şeydən şikayət edənlərə bu xarakterlərindən xilas olmanın yollarından bəhs edən yazısını təqdim edir.

Özünüzü nədənsə şikayətlənib mız qoyduğunuz yerdə yaxalasanız vaxt itirmədən ağzınızı bağlayıb dərindən bir nəfəs alın və bunu düşünün: “Hazırda şikayət etdiyim şey bundan beş dəqiqə, beş həftə, beş ay və beş il sonra hələ də bu qədər əhəmiyyətli ola biləcəkmi?” Yəni uzun sözün qısası, şikayət etdiyiniz şeylərin 99%-ni bir-iki il sonra xatırlamayacaqsınız. Əgər şikayət etdiyiniz şey həqiqətən də əhəmiyyətli bir şeydirsə o zaman şikayətlənməklə zaman itirmə dərhal hərəkətə keç.

  DAXİLİNƏ BAX

Şikayət etdiyin və mızmızlandığın xırda bir şey əcəba daha böyük bir problemimi göstərir? Məsələn, hər kəsin sosial mediyada şəkil paylaşmasına qıcıqlanmanın səbəbi sənin içindən o cür fotolar paylaşa biləcək qədər düzgün bir həyat tərzinin olmamasından ola bilərmi? Əgər vəziyyət belədirsə həyatını ciddi şəkildə bir də gözdən keçirmək lazımdır. İşə gedərkən yolda qarşılaşdığın tıxaca həddindən artıq sərt reaksiya verib dəli olmaq dərəcəsinə çatmağının əsil səbəbi əslində getdiyin işdən nifrət etməyin ola bilərmi? Qısacası, etdiyin hər şikayətin arxa planında həyat tərzinlə əlaqəli böyük problemlər ola bilər və bu problemləri həll edə bilsən şikayətlər dərhal ardan qalxacaq.

PSİXOLOJİ TAKTİKA

Əlinizə bir bilərzik taxın. Hər dəfə şikayətləndiyinizin fərqində olduğunuz zaman bilərziyi biləyinizdən çıxarıb digər biləyinizə keçirin. Burda oyunun məqsədi bilərziyi bəlli bir müddət eyni qolunuzda saxlaya bilıməkdir. Məsələn bilərziyi sağ biləkdən çıxarıb sol biləyə taxanda özünüzə  “bu bilərzik beş gün sol biləyimdə qalacaq” sözünü verin. Bu oyuna başladığınız zaman nəinki beş gün, heç beş saat da dayana bilmədiyinizi görəcəksiniz və nə qədər mızmız insan olduğunuz beyninizə batacaq. Bunun fərqində olacaqsınız.

Bir şeydən şikayətçoisinizsə öz-özünüzə, yaxud da sosial media vasitəsilə mızmızlanmaq heç bir işə yaramaz

Əgər həqiqətən bir şey sizi narahat edirsə gedib əlaqəli şəxsə və ya yerə şikayət edin. Məsələn iş yoldaşınız həftədə bir dəfə duş qəbul etdiyi üçün qoxursa və bu sizi narahat edirsə bunu həmin şəxsi evinizdə, dost mühitinizdə və sosial mediyada müzakirə etmədən birbaşa özünə demək lazımdır. Yoxsa sosal mediada “təmizlik əhəmiyyətlidir dostlar” qəbildən palaşımlar etmək heç bir işə yaramaz. Ən gözəli bu dostunuzu nəzakətli şəkildə xəbərdar etmək, olmadı rəhbərliyə şikayət edin ki, şikayətiniz bir işə yarasın.

BİRİNDƏN ŞİKAYƏTÇİ OLANDA QAYDASINDA EDİN

Bu işin qaydası müsbətlə başlayıb müsbətlə bitməsidir. Məsələn. Kafedə oturursunuz və yan masadakı ailənin uşağı ortalıqda qaçıb istirahətini pozur. Bu zaman çevrilib yan masaya “uşağınıza sahib çıxın” desəniz gərginləşəcəksiniz və açığı bu heç bir işə də yaramayacaq. Amma “salam uşağınız çox şirin və enerjilidir, ancaq dayanmadan qaçdığı üçün yoldaşımla söhbət edə  bilmirik. Sizcə nə edə bilərik?” desəniz əgər uşağın ailəsi psixopat deyilsə vəziyyətə bir əncam çəkəcək.

ŞÜKÜR ÇOX ƏHƏMİYYƏTLİDİR

İnsan tez alışan və əlindəki nemətləri tez unudan bir varlıqdır. Ağrısız -sızısız bir gün keçirə bilmək üçün dünyaları verə biləcək insanların olduğu bir dünyada sabah yataqdan qalxanda saçların daranmır deyə şikayət etmək böyük nankorluqdur. Bu səbəblə tez-tez əlindəkilər üçün şükr edə bilərsən. Bəlli bir zamandan sonra həm mənfi düşüncələrin, həm də gərəksiz şikayətlərin son tapacaq.

Qeyd: Xroniki şikayət əsasında hədəfsizlik və gücsüz zehin kimi səbəblərdən ortaya çıxır.

Tərcümə etdi: Günel Musa