Ukrayna Silahlı Qüvvəllərinin xoru İslam dünyasını Salavat-ı Şərif oxuyaraq təbrik etdi – VİDEO

2 May, 10:30

Ukrayna Silahlı Qüvvələrinin xoru Salavat-ı Şərif oxuyaraq İslam dünyasını Ramazan bayramı münasibətilə təbrik edib.

 Voicepress.az xəbər verir ki, Ukrayna Baş Qərargahının yaydığı video paylaşımda İslam dünyasının Ramazan bayramı Salavat-ı Şəriflə qeyd edilib. Videoda türkcə “Ramazan bayramınız mübarək” ifadələri də yer alıb.

Ordunun sosial media hesabından paylaşılan videoda bu ifadələr yer alıb:

“Hörmətli Ukrayna müsəlmanları, əsgərlər və mülki şəxslər, digər ölkələrdən olan tərəfdaşlarımız! Ukrayna Silahlı Qüvvələri Ramazan bayramını təbrik edir və Ukraynanın ərazi bütövlüyünün bərpası istiqamətində birgə hərəkətləriniz üçün sizə səmimi təşəkkür edir.

Fitrə bayramının başladığı bu gündə insan şəxsiyyətinin mənəvi komponentinə böyük əhəmiyyət verilir, buna görə də müsəlmanlar ənənəvi olaraq bu gecəni qohumları ilə bir araya gələrək Allaha dua edərək keçirəcəklər. Sizi bayramınız münasibətilə təbrik edir və səmimi qəlbdən ümid edirik ki, Tanrı Ukraynanın birliyi və Krımın azad edilməsi, bütün qaçqınların öz evlərinə qayıtması, Rusiya təcavüzü nəticəsində parçalanmış ailələrin birləşdirilməsi, bütün insanların azad edilməsi üçün dualarınızı eşidir.”

\voicepress.az\