Millət vəkilindən Ermənsitanın 6 təklifinə reaksiya: “Təklif irəli sürən tərəf reallığı qəbul etməlidir”

11 May, 11:06

“Yəqin ki, ermənilər 6 təklif verməklə prosesin daha da uzanmasına, funksiyaların nəticəsiz qalmasına çalışırlar”.

Bu sözləri Voicepress.az-a açıqlamasında millət vəkili Hicran Hüseynova deyib. Ermənistanın 6 təklifi ilə bağlı fikirlərini bildirən millət vəkili qeyd edib ki, təklif irəli sürən tərəf reallığı qəbul etməlidir:

“Bizim təkliflərimizdə ərazi bütövlüyü, ərazilərin toxunulmazlığı, bölgədə sülhün, əmin-amanlığın bərqərar edilməsi kimi məqamlar yer alıb. Yəqin ki, ermənilər 6 təklif verməklə prosesin daha da uzanmasına, funksiyaların nəticəsiz qalmasına çalışırlar.  Ermənistanda baş verən etiraz aksiyaları da onu göstərir ki, Ermənistan hər keçən gün özünün vəziyyətini daha da çətinləşdirir. Onlar reallığı dərk etməlidirlər, nəhayət anlamalıdırlar ki, Azərbaycan və Türkiyə ilə münasibətləri normalasdirmasalar onlar üçün çox çətin olacaq və bu vəziyyət Ermənistanın bir dövlət kimi ayaqda qalmasını da böyük sual altına salır.

Ölkə başçısı İlham Əliyev aprelin 29-da “Cənubi Qafqaz da inkişaf və əməkdaşlıq” mövzusunda keçirilən görüşdə tanınmış siyasətçilər, ekspertlərin suallarını cavablandırarkən də bu məsələni bir daha vurğuladı. Ermənistan tərəfindən verilən 6 təklifdə yəqin ki, Qarabağ məsələsi də var. Ancaq təklif irəli sürən tərəf reallığı qəbul etməlidir. Qarabağ məsələsi yoxdur, münaqişə yoxdur. Qarabağda yaşayan ermənilər Azərbaycan Respublikasının vətəndaşıdı”.

Azərbaycan Ermənistandan fərqli olaraq, çoxmillətli, az saylı xalqların çox rahat şəkildə yaşaya biləcəyi bir ölkə olduğunu diqqətə çatdıran millət vəkili, „Ermənilər işğal altında saxladıqları bütün şəhər və kəndlərimizdə tarixi, dini, mədəni abidələrimizi dağıtmış və saxtalasdirmidilar. Hətta İrəvanda mövcud olan bütün məscidləri, tarixi abidələri dağıtmışlar. Təkcə Göy Məscid qalıb, onu da saxtalaşdırmaq fars məscidi kimi qələm verirlər. Halbuki Azərbaycanda 30 minə qədər erməni əsilli azərbaycan vətəndaşi çox rahat və təhlükəsiz şəkildə müxtəlif şəhər və rayonlarımizda yaşayırlar. Bakının mərkəzində erməni kilsəsi və çoxlu sayda erməni dilində olan kitabxana qorunub saxlanılır. Əgər biz tarixə müraciət etsək, o zaman biz zamanla ermənilərin Azərbaycan ərazilərinə necə sahib olmasını görərik.  Cənab prezident İlham Əliyevin sözləri ilə desək, biz sərhədlərin delmitasiya və demarkasiyasini 1918- ci ildən götürsək, o zaman ermənilərin hansı ərazidə yaşadığını görmək mümkündür . Eləcə də 1920 və sonrakı illərdə tərtib olunan xəritələr. Ona görə də Ermənistan xalqı, dövləti bu məsələdə çox ciddi düşünməlidir. Məsələlərə konstruktiv yanaşmalıdır.“ deyə əlavə edib.

Günel Musa\voicepress.az\