Mənsum İbrahimov Özbəkistanın muğam müsabiqəsində münsif olacaq

6 May, 13:13

“Özbəkistanda ilk dəfə keçiriləcək muğam müsabiqəsinə də münsif kimi dəvət aldım”

Voicepress.az xəbər verir ki, bunu bu gün Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Lazgi” Beynəlxalq Musiqi Festivalından qayıdan solistlərin mətbuat konfransında Xalq artisti Mənsum İbrahimov deyib.

Özbəkistanda çox böyük hörmət gördüklərini deyən Xalq artisti , “Bu hörmət həm bizim şəxsimizə qarşı, həm də ki, Azərbaycan musiqisinə qarşı idi. Həmçinin səfər çərçivəsində Özbəkistanda ilk dəfə keçiriləcək muğam müsabiqəsinə də münsif kimi dəvət aldım” deyə əlavə edib.

Xatırladaq ki, festival aprelin 27-dən mayın 2-nə kimi davam edib. Festivalda Xalq artisti Mənsum İbrahimov, Əməkdar artistlər Sahib Paşazadə, Toğrul Əsədullayev, Kamran Kərimov və xanəndələr Kamilə Nəbiyeva, Mirələm Mirələmov iştirak edib.

\voicepress.az\