Kompüter təmirçisi Co Baydenin oğlunun sirrlərindən kitab yazdı

7 May, 14:07

 Adı bir sıra korrupsiya və seks qalmaqallarında hallanan ABŞ Prezidneti Co Baydenin oğlu  Hunter Bayden haqqında kitab yazan kompüter təmirçisi bildiyi hər şeyi dünya ilə paylaşaraq gündəm olub.

Voicepress.az  “New York Post”a istinadən xəbər verir ki, baş verən bir rastlantı Paul Mac Ishaq adlı kampüter təmirçisinin 2019-cu ilin aprel ayında həyatını dəyişir.  Bir gün o, “The Mac Shop” adlandırdığı təmir sexində işləyərkən gözlənilməz bir müştəri girir içəri. O şəxs  ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden idi. Əlində üç “MacBook Pro”su olan sadə geyimli Hunter iş vaxtının son saatlarında mağazaya girir və əlindəki kompüterləri göstərərək: “İçindəki materiallara ehtiyacım var” deyir.

John Paul Mac Ishaq kompüterlərdə “Beau Biden Foundation” stikerini görəndə vəziyyətdən şübhələnir və başa düşübr ki, bu həmin vaxtlarda prezidentliyə namizəd olan Co Baydenin oğlu Hunter Baydendir.

İshaq telefon nömrəsi və e-mail kimi detalları toplayaraq sistemə yükləyib. İş vaxtı bitsə də İshaq içindən gələn səsin bu işi sabaha saxlamamalı olduğunu deyir və sürətlə kompüterləri bir-bir yoxlamağa başlayır.

Daxili klaviaturası işləməyən kompüterə İshaq başqa bir klaviatura qoşaraq onu açır. Mağazaya girərkən sərxoş olan Hunter  ona vacib parolları verdiyi üçün İshaqın işi elə də çətin olmayıb. Kompüterin içindəki faylları xilas etmə prosesinə başlayan İshaq faylların içərisində porno məzmunlu yüzlərlə fotoşəkil gördüyünü deyir. Üstəlik onlar gizli bir qovluqda deyil kompüterin masaüstündə olduğunu bildirir.

İshaqın sözlərinə görə, Hunter Bayden əksər fotolarda qəribə, tək pozalar versə də, bəzi fotolarda qadınlarla şəkilib. Bundan başqa faylların arasında korrupsiya sənədləri də olub.

İshaq deyir ki, bütün bunları eyni yerdə və porno fotoşəkilləri olan kompüterdə tapmaq heyrətləndirici idi… Bütün sənədlərin şübhəli göründüyünü anlayan İshaq külli miqdarda pulun əl dəyişdirdiyini və onların qanuni olmadığını anlayır. Daha da maraqlısı odur ki, Hunter Bayden təmir üçün verdiyi kompüterlərin dalınca qayıtmayıb. Bir il gözlədikdən sonra İshaq FTB-yə getməyə qərar verir və əlində olan bütün məlumat və sənədləri dövlət rəsmilərinə təhvil verir.

“New York Post”un işıqlandırdığı bu xəbər Con Pol Mak İsaakın həyatını, belə demək mümkünsə, dəyişib. “Amerika ədalətsizliyi: həqiqəti üzə çıxarmaq üçün mübarizəm” adlı kitabını yazır. İndi İshaq təkcə kompüter təmirçisi deyil, həm də yazıçıdır.

\voicepess.az\