Gündəmdən geri qalmaq xəstəliyi – FOMO

26 May, 11:52

Gün ərzində olub-bitəndən xəbərsiz qalmaq, gündəmdən geri qalmaq qorxusu – FOMO nədir?

Daha çox Z nəsli nümayəndələrində rast gəlinən gündəmdə geri qalmaq qorxusu  dövrümüzün psixoloji xəstəliklərindən biri sayılır. Elmi adı FOMO olan bu psixoloji narahatlıq haqqında bəlkə də çoxumuz xəbərsizik.

Vocepress.az FOMO xəstəliyi və onun əsas simptomlarını araşdırıb.

Gün ərzində baş verənlərdən xəbərdar olmağın həm yaxşı, həm də pis tərəfləri, hətta qorxulacaq səviyyələri var. “Yenilikləri qaçırıram” hissi zamanla insanda obsesif hala gələ bilər. FOMO-nu loru dildə “gündəm acgözlüyü” də adlandırmaq olar.

Psixoloqlar FOMO simptomlarını aşağıdakı şəkildə sıralayıb. Əgər aşağıda oxuyacağınız hissləri yaşayırsınızsa deməli sizdə artıq FOMO psixoloji narahatlığı yaranıb.

FOMO-nun əsas simptomları

Mütəmadi olaraq yeni informasiya axını olduğu üçün şəxs istənilən məlumata kifayət qədər vaxt ayıra və diqqətini cəmləyə bilmir; dərhal yenisi informasiyaya keçirlər.

heç bir mövzunun dərinliyinə enmirlər

Kimin harada nə ilə məşğul olduğuna ilişib qalan şəxs, özündən başqa hamının xoşbəxt olduğunu hiss edir

Sosial mediaya sərf olunan zaman o qədər artır ki, bu şəxsin rutin həyatında cddi axsaqlıqlara səbəb olur.

İnsan çox yorğun olsa da, söhbətlərdən geri qalmamaq üçün bütün dost məcilislərinə gedir

Əgər özünüzdə bu simptomları hiss edirsinizsə siz artıq FOMO-dan əziyyət çəkirsiniz.

Günel Musa\voicepress.az\