Voicepress.az –ın verdiyi xəbərə görə, Ermənistan mətbuatı “Böyük Ermənistan”ın yeni xəritəsini yayımlayıb.
Belə ki, xəritə 20-ci əsrin sonu və 21-ci əsrin əvvəllərinin böyük erməni filosofu, mütəfəkkiri hesab edilən hərbi strateq Kristina Petrosyan tərəfindən tərtib edilib.
Xəritədən də göründüyü kimi, ermənilərin sözün əsil mənasında artıq psixoloi xəstəliyə çevrilən “Böyük Ermənistan” təxəyyüllərinin əvvəl Kürün sağ sahilinə qədər idi və Abşeron bura daxil deyildi. Hazırda gördüyümüz xəritədə isə sərhəd Qafqaza qədər yuxarı əraziləri də əhatə edir.
Eyni zamanda xəritədə üç “Tigranakert” görmək mümkündür ki, bu tendensiya da olduqca maraqlı suallara səbəb olur…
Ən maraqlı məqam isə “Kiçik Ermənistan” məsələsidir ki, bu faktor “Böyük Ermənistan”ın bir hissəsi olaraq deyil, ayrı qeyd edilib.