“Amerika və Ermənistan arasında dinc məqsədlərlə nüvə enerjisi anlaşmasının Azərbaycana heç bir təsiri yoxdur”.
Bunu Voicepress.az-a açıqlamasında millət vəkili Musa Quliyev deyib.
Millət vəkilinin sözlərinə görə, Ermənistanda hazırda fəaliyyət göstərən Atom Elektrik Stansiyasının təhlükəsiz vəziyyətdə olmasında Azərbaycan da maraqlıdır: “Qeyd edək ki, AES ötən əsrin 70- ci illərində tikilib istifadəyə verilib və uzun müddətdir təmirsiz vəziyyətdədir. Eyni zamanda İrəvan tektonik zonadır və bu tendensiya olduqca təhlükəlidir. Azərbaycan bir neçə dəfə bu məsələni MQT qarşısında qaldıraraq, Ermənsitandakdı ASES-in fəaliyyətinin yoxlanılaraq, standartlara uyğunlaşdırılması ilə bağlı məsələ qaldırıb. Əgər bu mümkün deyilsə, o zaman tək çıxış yolu bağlanılmasıdır. Ermənistanla ABŞ arasındakı belə bir anlaşmanın imzalanmasının bizim üçün heç bir təhlükəsi yoxdur”.
Millət vəkili daha sonra Ermənistanın Azərbaycanın 5 təklifinə qarşı 6 şərt irəli sürməsi ilə bağlı fikir bildirib: “Ermənistan tərəfinin irəli sürdüyü təkliflər tərəfimizdən ciddi qəbul olunmur.
Hesab edirəm ki, Ermənistan hər nə qədər məsələni uzatmağa çalışsa da, istədiyinə nail olmayacaq. Bu 6 şərtin də irəli sürülməsi yəqin ki, 10 noyabr 2020 ci il üçtərəfli bəyanatın şərtlərinin həyata keçirilmisinin ləngitməsi ilə bağlıdır. Azərbaycanın qoyduğu şərtin hər biri 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın şərtlərinin bəndlərinə uyğundur. Bunlar sərhədlərin qarşılıqlı şəkildə tanınması, hər iki ölkənin ərazi bütövlüyünü tanınması, yəni demarkasiya və delimitasiya proseslərinin aparılması, komunikasiya xətlərinin açılması, qeyri- qanuni erməni birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması kimi məsələlərdir. Cənab Prezident İlham Əliyevin söylədiyi kimi “Ermənistan istəsə, də istəməsə də bu şərtləri yerinə yetirəcək”.
Azərbaycanın Ermənistanı yerində oturda bilməsi üçün kifayət qədər gücü var. Azərbaycan Prezidenti son bəyanatında “Ermənistan elə etməsin ki, 2020 ci ilin 44 günlük savaşını yenidən başladaq! Əgər onlar bizim ərazi bütövlüyümüzü tanımasa, bizim də kifayət qədər tarixi əsasalarımız, ərazi iddialarımız var. Ümumiyyətlə Zəngəzur ərazisi 1920 ci ildə Rusiya tərəfindən Ermənistana bağışlanmış ərazidir.
Hesab edirəm ki, Ermənistandakı qeyri-sabit hadisələr də bununla bağlıdır. Ermənistandan xaricdə yaşayan revanşist qüvvələr Azərbaycanla Ermənistan arasında anlaşmanın olmasını, Qafqazda sülhün olmasını istəmirlər. Ancaq Azərbaycan sülhün bərqərar olması üçün çalışır və buna nail olacaq. Ermənistanın Azərbaycan qarşısında hansısa şərt irəli sürməsinin nə hüququ nə mənəvi əsası yoxdur! Ermənilər Azərbaycana qarşı olduqca tarixi cinayətlər törədiblər bu cinayətlərin cavabını verəcəklər, cəzasını da çəkəcəklər!
30 il müddətində işğal olunmuş torpaqlarda daşı, daş üstündə qoymayıblar. Ekalogiyanı zəhərləyiblər, meşələri qırıblar sərvətləri talayıblar. Bütün bunların cavabını verəcəklər. Qafan rayonundakı Mis Malibden zavodunun tullantılarını Oxçu çayına ataraq, Oxçu çayını zəhərləyiblər və Azərbaycanın bütün ərazilərdindən axan bu çay artıq təhlükə mənbəyinə çevrilib. Bunun cavabını verəcəklər!
Millət vəkili onu da qedy edib ki, Azərbaycanın Ermənistanı Avropa məhkəməsinə verərək törətdiyi cinayətlərə və Azərbaycana vurduğu maddi, mənəvi zərərələrə görə təzminat tələb etməsi məsələsi dövlətin gündəmində olan məsələlərdəndir: “Azərbaycanın Avropa Məhkəməsində, Beynəlxlaq İnsan Hüquqları məhkəməsində təzminat irəli sürməsi, Xocalı qatilləri də daxil olmaqla Azərbaycan xalqına qarşı cinayət törədənlərin hamısının məhkəmə qarşısında çıxarılması zərurəti vardır. Sadəcə olaraq, biz zamana bağlı bu işləri görürük və yəqin ki sərhədlər qarşılıqlı tanınandan sonra, biz bu məsələləri də gündəmə gətirəcəyik”.
Günel Musa\voicepress.az\







