Ukraynanın İnfrastruktur Nazirliyi Belarus və Rusiya ərazisindən tranzitin bağlanması, habelə avtomobil nəqliyyatı ilə yükdaşımaların sayının artması ilə əlaqədar beynəlxalq avtomobil daşımalarına icazələrin verilməsi qaydalarını sadələşdirib.
Voicepress.az xəbər verir ki, bu barədə Ukraynanın İnfrastruktur Nazirliyi məlumat yayıb. Bildirilib ki, aprelin 4-dən etibarən bir sıra məhdudiyyətlər aradan qaldırılıb, bəzilərinə isə dəyişiklik olunub.
Beləliklə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı tərəfindən Azərbaycan, Gürcüstan, Qazaxıstan və Özbəkistan ərazilərinə Avro-3 və daha yüksək ekoloji standartlı nəqliyyat vasitələri üçün daşıma həyata keçirən avtomobil daşıyıcılarına icazə verilib.
Bundan başqa Serbiya ərazisindən gediş-gəlişlə bağlı məhdudiyyətlər aradan qaldırılıb (çəkisi 10 tondan az olan avtomobillərin hərəkətinə icazə verilib).
Müharibə başlayandan bəri Ukrayna İnfrastruktur Nazirliyi hərbi vəziyyət dövrü icazə sisteminin ləğvi ilə bağlı tərəfdaş ölkələrlə sistemli danışıqlar apardığına dair açıqlama verib. Açıqlamada bildirilib ki,
“Aprelin 4-nə kimi biz Avropa İttifaqının yeddi ölkəsi, o cümlədən Bolqarıstan, Macarıstan, İtaliya, Danimarka, Latviya, Estoniya, Litva, həmçinin Gürcüstan və Türkiyə vasitəsilə daşımalara ikitərəfli və tranzit icazələrin ləğvi barədə razılığa gələ bildik. Həmçinin Slovakiyaya icazəsiz tranzit daşımaları təmin edilib. Moldova, Rumıniya, Sloveniya, Avstriya, Çexiya, Polşa, Almaniya, Hollandiya və Litva ilə də bütün humanitar yüklərin icazəsiz keçid mexanizmi yaradılıb”,
\voicepress.az\








