Milli Məclis Şuşada ilk dəfə dinləmələr təşkil edir.
Voicepress.az xəbər verir ki, Milli Məclisin İnsan hüquqları və İctimai birliklər və dini qurumlar komitələrinin Şuşada birgə keçiriləcək iclasının gündəliyinə 3 məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
- İşğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası sahəsində tədbirlərlə bağlı dinləmə;
- Böyük Qayıdış: Məcburi köçkünlərin torpaq və əmlak hüquqlarının təmin edilməsində beynəlxalq hüquq və humanitar təsisatların yeri və rolu ilə bağlı dinləmə;
- Şuşa ili: Qarabağda zəfərin davamı kimi beynəlxalq hüquqi, regional və humanitar nəticələrlə bağlı dinləmələr.
\apa\








