Məşhur rejissor təcavüz iddialarını etiraf etdi

7 Aprel, 16:56

Cinsi təcavüzdə ittiham olunan Yapon rejissoru və yazıçısı Sono Sion təcavüz iddialarını etiraf edərək üzr istəyib.

Voisepress.az xəbər verir ki, Sono Sion Yaponiyada dərc olunan jurnallardan birinə verdiyi müsahibıdə  rol müqabilində aktrisalara təcavüz etdiyi iddialarına cavab verib. O, baş verənləri etiraf edərək bunu şüursuzluq adlandıraraq səbəb olduğu narahatlığa görə üzr istəyib.

Mediada yer alan iddiaların bəzi məqamlarının “həqiqətə uyğun olmadığını” bildirən Sono, məhkəməyə müraciət edəcəyini bildirib.

Xatırladaq ki, 60 yaşlı rejissor 2021-ci ildə Hollivud üçün çəkdiyi “Kabuslar diyarının məhbusları” filmi ilə dünyada adından söz etdirib.

\voicepress.az\