Kiyevdə “Rusiya-Ukrayna Dostluq Abidəsi” uçuruldu – Daha 60 abidə söküləcək

27 Aprel, 14:25

Rusiya ilə Ukrayna arasında fevralın 24-də başlayan müharibə davam edir. Ukrayna ölkədən Rusiyanın izlərini silmək istiqamətində işlərə başlayıb.

Voicepress.az-ın Kiyev bürosundan verilən məlumata görə Ukraynanın paytaxtı Kiyevdə 8 metrlik bürüncdən hazırlanmış Rusiya-Ukrayna Dostluq Abidəsi Kiyev meri Vitali Kliçkonun iştirakı ilə sökülüb.

Kliçko jurnalistlərə müsahibəsinə bildirib ki, abidənin yerinə yeni layihəyə imza atılıb və Kiyev bələdiyyəsi bu məsələyə yaxın günlərdə baxacaq. Kliçko həmçinin qeyd edib ki, Kiyevdə Rusiyaya və Sovet dövrünə aid 60-a yaxın abidə söküləcək və 460-a yaxın küçənin adı dəyişdiriləcək.

 

\Voicepress.az\ Kiyev bürosu