Ukrayna ilə Rusiya arasında fevralın 24-də başlayan müharibə davam edir. Paytaxt Kiyevin küçələrində uzun fasilədən sonra həyat canlanmağa başlayıb.
Voicepress.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, artıq Kiyev sakinləri öz doğma şəhərlərinə qayıdıblar. Parklar, mərkəzi meydanlar yenidən insanlara qovuşub. Ticarət mərkəzləri, kafe və restoranlar əvvəlki fəaliyyətlərini bərpa ediblər.
Oyun meydançalarının uşaqlarla dolmağa başladığı şəhərdə gənclər küçələrdə sərbəst və qorxmadan gəzirlər.

Müharibəyə görə şəhərin mərkəzi küçələrində qurulan barrikadaların bir hissəsinin götürülüb. Ancaq gecələr komendat saatı davam edir.

Körpəsi ilə parkda gəzən Kiyev sakini Yekaterina 2-3 həftə əvvələ qədər şəhərin boş olduğunu deyir: “Səhər çölə çıxanda canlanma görürük artıq. Biz yaşamaq istəyirik”. Ölkənin bəzi bölgələrində qarşıdurmaların davam etdiyinə diqqət çəkən Yekaterina bunun kədərli olduğunu bildirib.

Gərgin qarşıdurmalar zamanında belə Kiyevdən ayrılmadıqlarını bildirən Yekaterina “Başqa yerə getmək istəmirik. Evdə qalacağıq. Bizim evimiz buradır. Heç kim bizi evimizdən qova bilməz” deyir.

Kiyev sakinlərindən Olqa ölkədəki vəziyyətin onu xeyli kədərləndirdiyini deyir, “Depressiyadayam. Məni yaşadan yeganə varlıq övladımdır. Ona görə emosiyalarımı cilovlamağa çalışıram” deyir. Buça və İrpin şəhərlərinin Kiyevə yaxın olduğunu qeyd edən Olqa, “Evimizdə idik və oradakı partlayışları eşidirdik. Ancaq buradan getməyi planlaşdırmırıq. Öz torpaqlarımızda qalacağıq.

Mübarizəmizi davam etdirəcəyik”. Olqa sonra sözlərinə belə davam edir: “Tezliklə qələbə qazanmağı arzu edirəm. Çünki sülh istəyirik. Biz buna layiqik. Bizi qorumağa çalışan əsgərlərimizə də güc diləyir, bu qaranlıq qüvvəyə qalib gəlməsini arzulayıram. Uşaqlarımızla ölkəmizdə əmin-amanlıq içində yaşamaq istəyirik.”

Parkda velosiped sürən Anastasiya qarşıdurma zamanı dəhşətli anlar yaşadığını və buna görə də Kiyevi tərk etməli olduğunu izah edib. dedi. Anastasiya ölkəsinin Rusiya ilə müharibədə qalib gəlməsini və xalqınının yenidən öz evlərinə qayıtmasını arzuladığını deyir.











