İctimai Birlik koronavirus əleyhinə peyvəd olunmanı belə təbliğ etdi -Foto

5 Aprel, 21:19

 “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi fevral ayının 1-dən etibarən  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə COVİD 19 pandemiyasına qarşı planlaşdırılmış Saatlı, Sabirabad və İmişli rayonlarında  “Ucqar rayonlarda COVİD-19 əleyhinə peyvənd olunmanın  təbliği” layihəsini uğurla icra edir.

Voicepress.az xəbər verir ki, layihə çərçivəsində Sabirabad rayonunda ticarət mərkəzlərinin qarşısında və insanların daha çox toplaşdığı parklarda insanlar arasında COVİD-19 əleyhinə vaksin olunmanın təbliği ilə bağlı maarifləndirmə yönümlü məlumat materialları paylanılıb, plakatlar asılıb, COVİD-19 -dan qorunmanın və yoluxma yolları haqqında insanların daha artıq bilgilərə malik olmalarına nail olmaq üçün geniş təbliğat işləri aparılıb.