İlham Əliyev Yunanıstan Respublikasının Prezidentinə təbrik məktubu göndərdi

24 Mart, 14:32

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropuluya, Yunanıstan Respublikasının milli bayramı münasibətilə təbrik məktubu göndərib.

Voicepress.az xəbər verir ki, məktubda deyilir:

Hörmətli xanım Prezident,

Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram.

Ümidvaram ki, xalqlarımızın mənafeləri naminə Azərbaycan ilə Yunanıstan arasındakı münasibətlərin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 mart 2022-ci il