Bələdiyyə Teatrı “Sehrbaz”ı təqdim edəcək

26 Mart, 12:22

Bakı Bələdiyyə Teatrı “Sehrbaz” tamaşasını təqdim edəcək.

 Voicepress.az xəbər verir ki, aprelin 1-də, saat 19:00-da  Dövlət Təhlükəsizlik Xidmətinin  Mədəniyyət Mərkəzində, yazıçı, dramaturq Firuz Mustafanın “Sehrbaz” pyesi Bakı Bələdiyyə Teatrının aktyorlarının ifasında  tamaşaçılara təqdim olunacaq.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur. Dörd nəfərdən ibarət tamaşada aktyorlar Tural Əhməd, İsmayıl Atakişiyev, aktrisalar Zülfiyyə Qurbanova, Aynur Abbasova çıxış edəcəklər.

\voicepress.az\