ABŞ Polşaya əlavə F-15 qırıcıları yerləşdirdi

15 Fevral, 01:03

Şərqi Avropada gərginliyin artması fonunda ABŞ Polşaya əlavə F-15 döyüş təyyarələri yerləşdirib.

Bu barədə Polşanın müdafiə naziri Mariuş Blezçak “Twitter” hesabında yazıb.

O qeyd edib ki, ABŞ-a məxsus daha 8 qırıcı Polşaya eniş edib.

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ Polşaya döyüş təyyarələrinin yerləşdirilməsinə başlayıb.