Türkiyənin milli valyutası olan lirə ucuzlaşmaqda davam edir.
VOİCEPRESS.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, son günlər lirə dollara qarşı tarixi minimumunu yeniləməkdə davam edir. Hazırda 1 dollar 9,2917 lirəyə çatıb.
Buna baxmayaraq, türk mallarının satışı artır. Ticarət Nazirliyinin məlumatına görə, ölkənin dünya ixracında yeri 1%-i keçib.